• $
  • €
  • ₽
  • ₺
  • £

Bətnində körpəsini öldürən ananı hansı cəza gözləyir?

Bətnində körpəsini öldürən ananı hansı cəza gözləyir?
12.12.2018 17:06
Ötən gün Lənkəranda ana yeddi aylıq körpəsini bətnində dərmanla öldürüb. Qadın bildirib ki, müayinədən keçərkən doğulacaq qız uşağının xəstə olduğunu öyrənib. Dərman preparatı qəbul edərək, uşağı məhv etmək istəyib.

Bəs, ananı hansı cəza gözləyir?

Hüquqşünas Ruslan Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, uşağını dərmanla məhv edən ananı Cinayət Məcəlləsinin 121-ci maddəsinə görə üç ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası gözləyir:

"Ana uşağı doğulmamışdan əvvəl öldürüb. Bu, qanunsuz abortdur. Cinayət Məcəlləsinin 141.2-ci maddəsinə əsasən, 1000-1500 manat cərimə və ya bir ilədək islah işi nəzərdə tutulur”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, anaya heç bir haqq verilmir ki, uşağı məhv etsin:

"Ola bilsin ki, hamiləlik dövründə qadının yaşadığı psixoloji gərginlik, uşağın səhhətində problemin olması ilə bağlı evdə mübahisələr yaranıb və o, bu addımı atıb. Biz bunları bilmirik. Amma heç kimə o haqq verilmir ki, yeddi aylıq uşağı dərmanla öldürsün. Arzuolunmaz, patologiyası olan hamiləliklərin dayandırılması halları az deyil. Dində də deyilir ki, bunu etmək düzgün deyil”.

Kəmalə Ağazadə qeyd edib ki, bir məntiq, düşüncə var ki, uşağın qüsurlu doğulması ailə və özü üçün yetərincə problemlər yaradır:

"Fikrimcə, qadına ailə tərəfindən təzyiq edilib ki, bu addımı atıb. Zamanında müdaxilə edib, hamiləliyi sonlandırmaq lazım idi. Bu isə artıq bir insanın həyatına qəsd etməkdən başqa bir şey deyil”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol