• $
  • €
  • ₽
  • ₺
  • £

Oğurluğa məruz qalan modelyer məhkəmədə ifadə verdi

Oğurluğa məruz qalan modelyer məhkəmədə ifadə verdi
12.12.2018 17:55
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda prokuror Sabir Abdinov ittiham aktını elan edib. 

İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin heç biri özlərini təqsirli bilməyiblər. 

Sonra zərərçəkmiş L.Əhmədova məhkəmədə ifadə verib. O deyib ki, təqsirləndirilən şəxs Nizami Ağayev makler kimi ona ev tapmaq istəyib:

"Dəfələrlə müxtəlif evlərə getmişik, baxmışam, bəyənmişəm. Nizami müəllimin nömrəsini yoldaşıma verdim, obyekti biz almaq istəyirdik. O, binanı dörd milyon manata satacağını deyirdi. Binada dörd mərtəbəni 24 min manata icarəyə götürdük”. 

Zərərçəkmiş ifadəsinin davamında bildirib ki, N.Ağayev icarəyə verdiyi yeri təmir etdirəcəyini desə də, sonradan sözünə əməl etməyib:

"Mən buranın təmirinə 1 milyon 100 min manat pul xərcləmişəm. Bu pulun 100 min dollarını bankdan kredit götürmüşdüm. Amma bir manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində, Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın üçüncü mərtəbəsini əlimdən aldılar.

Orada 15 yeni kondisioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın ikinci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq.

Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol