• $
  • €
  • ₽
  • ₺
  • £

"100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazıram" - Azərbaycanlı iş adamı

"100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazıram" - Azərbaycanlı iş adamı
29.05.2020 03:55
Azərbaycanlı iş adamı Fizuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bildirib.

Hurriyyet.org xəbər verir ki, bu barədə məşhur iş adamı "Facebook” səhifəsində yazıb.

F.Məmmədov bizneslə məşğul olan digər həmvətənlərimizi də şəhid ailələrinə dəstək olmağa səsləyib.

İş adamının qeydlərini oxuculara təqdim edirik:

"​Çox məyusedicidir ki, şəhid ailələrinin problemləri yenidən Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Oktyabrın ortalarından bəri təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Azərbaycan Prezidenti Administrasiyası binalarının qarşısında aksiya keçirirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatların ödənilməməsindən şikayət edirlər.

Xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991 ci ildən 2 avqust 1997 ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında fərman imzalamışdır. Birdəfəlik ödəmələrin verilməsinə 9 oktyabrdan başlanmışdır. Buna baxmayaraq, bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilmişdir. ​

Mən hesab edirəm ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də biz hamımız bu qadınlar qarşısında borcluyuq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol