• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!

“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!
13.12.2018 14:34
Ölkənin ən gənc və innovativ mobil operatoru "Nar” yüksəksürətli internetə çıxış imkanı verən "Nar MiFi” paketini təqdim edir. "Nar MiFİ” paketinə aylıq 30 GB olmaqla 6 aya qədər yüksəksürətli internet və daşınabilən MiFi cihazı daxildir. "Nar MiFi” paketinin ilkin qiyməti 120 AZN təşkil edir. Paketin daxilindəki pulsuz internet bitdikdən sonra, abunəçilər aylıq 20 AZN ödəməklə, 30 GB internet əldə edəcəklər.  

"Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olacaq və sərfəli qiymətə yüksək sürətli internetə çıxış əldə edəcək. Eyni zamanda, istifadəçinin interneti dostları və yaxınları ilə asanlıqla paylaşması mümkün olacaq. Portativ cihazı abunəçi rahat quraşdıra bilər və SİM kartı və batareyanı cihaza daxil etməklə, internet aktiv olacaq. "Nar MiFi” cihazının ölçüsünün kiçik və yüngül olması onu asanlıqla istənilən yerə aparmağa imkan verir. 

Qeyd edək ki, 3G və 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edən "Nar” hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. "Nar MiFi” cihazını abunəçi istənilən "Nar” satış və xidmət mərkəzləri və ya diler mağazalarından əldə edə bilər. "Nar MiFi” haqqında daha ətraflı məlumatı  nar.az saytından əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol