• $
  • €
  • ₽
  • ₺
  • £

Cavid Qurbanovun rəis qardaşı istefa verdi - Yeni təyinat

Cavid Qurbanovun rəis qardaşı istefa verdi - Yeni təyinat
28.05.2020 22:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işdən azad edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xidmətin rəisi İlqar Qurbanov səhhəti ilə əlaqədar işdən çıxarılması üçün ərizə yazıb. Onun yerinə Cavid Əbdülqədirov təyin olunub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Qafqazinfo”ya açıqlamasında  xəbəri təsdiqləyib və bildirib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin strukturu təkmilləşdirilib:
 
"Bu ümumiyyətlə, reablitasiya sisteminin optimallaşdırılması və  idarəetmənin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər çərçivəsində həyata keçirilib. Belə ki, xidmətin aparatının yeni strukturu təsdiqlənib.  Xidmətin rəisi işləmiş İlqar Qurbanov səhhəti ilə bağlı ərizə yazaraq işdən çıxarılıb. Onun  yerinə təyin edilən Cavid Əbdülqədirov bu sahədə uzun müddət işləmiş təcrübəli şəxsdir.  

Bundan başqa xidmətin tibbi sosial ekspert komissiyalarının sayı 12-dən 5-ə endirlib. Komissiyalar gələcəkdə Bakı şəhərində fəaliyyət göstərəcək beş DOST mərkəzi ilə əlaqəli  şəkildə xidmətlərini vətəndaşlara təqdim edəcəklər. Həmin DOST mərkəzlərində  Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyəti qurulacaq”.
 
Qeyd edək ki, İlqar Qurbanov 2015- ci ildə sözügedən vəzifəyə təyinat almışdı. Bu arada bildirək ki, İlqar Qurbanov Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşıdır.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol