• $
  • €
  • ₽
  • ₺
  • £

Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI
13.12.2018 17:38
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Razim Məmmədovun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir çox icra başçıları vəzifədən çıxarılıb.

BiG.AZ 2018-ci ildə işdən çəxarılan icra başçılarını təqdim edir:

-Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, H. Abutalıbov bu gün baş nazirin müavini təyin edilib.
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

-Prezident İlham Əliyev Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Məhəmmədəli oğlu Zeynalovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Tovuz rayonuna yeni icra başçısı təyin edilib. 

Sərəncamla Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "N.M.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

- Prezident İlham Əliyev Beyləqan Rayon İcra başçısını vəzifəsindən azad edib.

Bununla bağlı sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
 
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

- Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

- Prezident İlham Əliyevin sərəncamı ilə Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

- Prezident İlham Əliyev R.A.Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzlayıb.
Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Raqub Allahverdi oğlu Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

-Prezident İlham Əliyev Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI

-Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Əziz Əzizov Bakının Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları - SİYAHI


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol