Tahir Salahovun qızının milyonluq rəsm əsərləri oğurlandı

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovun qızı rəssam və heykəltəraş Aydan Salahovanın Moskvada 1 milyon rubldan çox dəyəri olan 2 rəsm əsəri oğurlanıb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarından məlumat yayılıb. Mənbənin verdiyi məlumata görə, hazırda rəsm əsərlərini oğurlayan şəxs polis tərəfindən saxlanılıb. Mənbə saxlanılan şəxslə bağlı belə açıqlama verib:
"Rəsm əsərlərini oğurlayan şəxs Salahovaya onları baha qiymətə qaytaracağına söz versə də, sonradan fikirndən daşınıb. Oğru onunla əlaqə yaratmayıb. Bundan sonra rəssam da polisə müraciət edib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























