• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəbdə konfet yeyən uşaq xəstəxanalıq olub - İDDİA

Bakıda məktəbdə konfet yeyən uşaq xəstəxanalıq olub - İDDİA
14.12.2018 14:03
Ötən gün müğənni Elnarə Xəlilova sosial şəbəkədə "Booom!” konfetlərinin fotosunu paylaşaraq onun zəhərlənməyə səbəb olduğunu qeyd edib.

Anews.az xəbər verir ki, o, bildirib ki, bu konfetin satışı artıq məktəbdə dayandırılıb:

"Siz də almayın. Məlum olub ki, onun içində olan turş maddə kimyəvi tərkiblidir və birbaşa beyinə təsir edir. Allah bütün balaları qorusun. Bu hadisə iki gün əvvəl oğlumun sinif yoldaşının başına gəlmişdi. Uşaq bir gün reanimasiyada huşsuz vəziyyətdə qaldı. Onu şoka salmışdı. Uşaqlarınıza tapşırın, bu konfetdən almasınlar”.

Məsələ ilə bağlı Oxu.Az Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb.

Sorğuya cavabda bildirilir ki, AQTA konfetlə bağlı yayılan xəbəri araşdırmağa başlayıb:

"Sosial şəbəkələrdə azyaşlının konfetdən zəhərlənməsi ilə bağlı yayılan xəbər artıq Qida Təhlükəsizliyi Agentliyində qeydə alınıb və araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib.
Agentlik vətəndaşların diqqətinə çatdırır ki, bu kimi faktlarla qarşılaşan zaman dərhal 1003 Qaynar xəttinə zəng edib ətraflı və dəqiq məlumatlar versinlər. Bu zaman Agentlik tərəfindən plandankənar (növbədənkənar) araşdırmalar həyata keçirilir və aidiyyəti üzrə tədbirlər görülür. 

Təəssüf ki, yayılan bu tipli xəbərlərdə konkret məlumatlar əksini tapmır. Yəni məhsulun istehsalçısı, istehsal tarixi, istehsal olunduğu müəssisənin ünvanı göstərilmir. Buna baxmayaraq, Agentlik mütəxəssisləri tərəfindən qeyd olunan xəbər üzrə araşdırmalar aparılır”.

"Araşdırmalar nəticəsində xəbərin nə dərəcədə əsaslı və ya əsassız olduğu da müəyyən olunacaq. Ümumiyyətlə, qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması istiqamətində mütəmadi nəzarət tədbirləri həyata keçirir”, - deyə məlumatda qeyd edilib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol