Daha bir vəzifədə olan şəxs istefa verir?

Azərbaycan sərbəst güləş milli komandasının baş məşqçisi Firdovsi Umudov vəzifəsindən istefa verəcək.
O, yaxın günlərdə qərarını mətbuata açıqlayacaq.
Lakin Umudov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti postunda qalacaq.
Bu barədə açıqlama verən məşqçi yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: "Bu barədə məndən soruşublar. Hazırki vəziyyətdə işimiz Azərbaycan güləşinə xidmət etməkdir. Məşqçi, baş məşqşçi və vitse-prezident kimi fərq etməz. Əsas odur ki, biz güləşimizin uğurları üçün çalışacam. Hazırda işimin başındayam və tələbələrim var. Onların məşqçisiyiyəm, hara gedirəm?
On dörd ildir ki, məşqçiyəm, yaxın günlərdə açıqlama verəcəm". (qafqazinfo.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























