• $
  • €
  • ₽
  • ₺
  • £

Dekabrın ikinci yarısında hava daha da soyuyacaq - Nazirlik açıqladı

Dekabrın ikinci yarısında hava daha da soyuyacaq - Nazirlik açıqladı
14.12.2018 15:55
"Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normanın cəmi 33-48 faizini təşkil edib".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ilkin proqnozlara gör,ə ayın ikinci yarısında hava şəraiti əlverişsiz olacaq: "Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq".

U.Tağıyeva qeyd edib ki, bazar günü göndüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin aşağı enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək: "Üçüncü ongünlüyün bəzi günlərində yağıntıların intensiv olacağı ehtimal olunur.

Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır".

U.Tağıyeva vurğulayıb ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı nəcək: "Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək".

Direktor xatırladıb ki, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir: "Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil". (report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol