• $
  • €
  • ₽
  • ₺
  • £

Tiflisdə Azərbaycana qarşı erməni təxribatı - Rəsmi Bakı niyə susur?

Tiflisdə Azərbaycana qarşı erməni təxribatı - Rəsmi Bakı niyə susur?
14.12.2018 22:54
"Tarixi Azərbaycan torpaqları olan Ermənistandakı alban tarixi abidələri də dəyişdirilərək, erməni-xristian abidələri kimi təqdim olunmaqdadır”.



Bu fikirləri Yenicag.az-a açıqlamasında ermənilərin Gürcüstanın paytaxtı Tiflisdə keçirdikləri tədbirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki tarixi abidələri "erməni tarixi-mədəni nümunələri” olaraq, təqdim etmələrinə münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.
Azərbaycan ərazilətinin iyirmi faizini işğal altında saxlayan Ermənistan öz təxribatlarına ara vermir. Azərbaycana məxsus tarixi əraziləri zəbt edən, milli kulinariya nümunələrini öz adlarına çıxan, tarix-mədəniyyət abidələrini "özününküləşdirən” ermənilər bu saxtakarlıqlarını beynəlxalq ictimaiyyətə qəbul etdirmək üçün davamlı fəaliyyət göstərməkdədirlər.
Azərbaycana qarşı bu qəbildən olan növbəti təxribat Tiflisdə baş verib. Məlumata görə, dekabrın 12-də Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası nəzdində fəaliyyət göstərən "Hayartun” mədəniyyət və təhsil mərkəzi "Tanınmayanlar Tanınanlar Haqqında” adlı tədbir keçirib.
Tədbirdə çıxış edən Qoar Akopyan ad-soyadlı rəssam Azərbaycanın işğal altında olan Hadrut (Xocavənd) və Əsgəran bölgələrinə səfəri və orada mövcud olan tarixi abidələr barədə danışıb. O, Dağlıq Qarabağın Martuni, Hadrut və Əskəran rayonlarında mövcud olan tarixi və mədəni abidələri erməni mədəni abidələri kimi təqdim edib (www.24news.ge).
Ermənilərin bu təxribatının məhz Tiflisdə baş tutmasından təəssüfünü bildirən millət vəkili Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyi bu hadisəni diqqətlə araşdırmalı və Azərbaycanın qəti etirazını Gürcüstan hökumətinə çatdırmalıdır:
"Əlbəttə, bu fakt təəssüf doğurur. Biz Gürcüstan tərəfdən belə münasibət gözləmirik və qəbul etmirik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini və düşmənçilik mövqeyini bütün səviyyələrdə davam etdirməkdədir.
Dağlıq Qarabağda Azərbaycana məxsus bütün tarixi abidələr məhv edilib, dağıdılıb. Tək Dağlıq Qarabağın işğal altındakı ərazilərində deyil, ümumiyyətlə, tarixi Azərbaycan torpaqları olan Ermənistandakı alban tarixi abidələri də dəyişdirilərək, erməni-xristian abidələri kimi təqdim olunmaqdadır.
Mənə belə gəlir ki, bizim Mədəniyyət Nazirliyi bununla bağlı araşdırma apararaq, Azərbaycanın qəti etirazını rəsmi şəkildə həm Gürcüstan hökumətinə, həm də Gürcüstanın ali dini qurumuna çatdırmaldır. Fikrimcə, bu addımın atılması daha effektiv olar.
Nəyə görə Mədəniyyət Nazirliyi? Məsələnin mahiyyəti elədir ki, bununla Mədəniyyət Nazirliyinin məşğul olması daha münasibdir. Çünki Azərbaycan onsuz da özünün diplomatik kanalları vasitəsilə xalqımıza məxsus tarix-mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılıb-məhv edilməsinə, saxtalaşdırılmasına hər zaman etirazını bildirir, o faktları dünya ictimaiyyətinin diqqətinə çatdırır. Konkret indiki halda isə bu işi Mədəniyyət Nazirliyinin həyata keçirməsi lazımdır.
Eyni zamanda, Azərbaycanda və Gürcüstanda dinin dövlətdən ayrı olduğunu nəzərə alsaq, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə də özünün narahatlığını və etirazını Gürcüstanın dini rəhbərliyinə çatdıra bilər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol