Mərhum nazirin qız nəvəsindən ermənilər üzərində möhtəşəm qələbə - VİDEO

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin Sara Əliyeva ilə evliliyindən olan qızı Aliyə Rusiyada keçirilən "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsində qalib gəlib.
Publika.az xəbər verir ki, bu barədə Aliyə Əliyeva özü məlumat verib:
Aliyə Əliyeva yarışma ərzində onu daim dəstəkləyən anasına isə minnətdarlığını belə ifadə edib:
"Sonda anama təşəkkür edirəm ki, mənə inandı və hələ də inanır. O, özgüvənimin itməsinə imkan vermir. Özümə isə demək istəyirəm ki, bu, yalnız başlanğıcdır və ümid edirəm ki, gələcəkdə bu, əlimdə tutduğum sonuncu mükafat olmayacaq”.
Qeyd edək ki, RU.TV" kanalında yayımlanan "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsi 13-17 yaş uşaqlar arasında keçirilir. "Во весь голос" istedadlı yeniyetmələrdən ibarət komandaların iştirak etdiyi musiqi müsabiqəsidir. 16 yaşlı Aliyə Əliyeva bu layihədə Emin Qədirovun qrupunda, həmvətənləri ilə birlikdə komanda şəklində çıxış edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























