• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusu cəbhədə postları təhvil verdi

Azərbaycan Ordusu cəbhədə postları təhvil verdi
16.12.2018 10:17
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttinə Dövlət Sərhəd Xidmətinin bölmələrinin nəzarət etmələri məsələsinə Müdafiə Nazirliyindən aydınlıq gətirilib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dövlət sərhədinin bu hissəsində, əməliyyat şəraiti baxımından nisbətən sabit və düşməndən 2000 metrədək uzaqlıqda yerləşən postlar Dövlət Sərhəd Xidmətinin bölmələrinə təhvil verilib.
Eyni zamanda, Müdafiə Nazirliyi bölmələrinin döyüş təcrübəsi nəzərə alınaraq, onlar hazırda Qazax və Ağstafa rayonlarının sərhəd xəttində ağır silah və döyüş texnikası ilə sərhədçilərə dəstək göstərir. Qeyd edək ki, sərhəd xəttinin qarşı tərəfində Ermənistan daxili işlər nazirliyinin polis dəstələri növbə çəkir.
2016-cı ilin aprel döyüşlərində sərhədçilərin iştirakına gəlincə isə, həmin dövrdə düşmənə qarşı aparılan əks-həmlə əməliyyatlarında Azərbaycan Ordusunun cəmi 18 faiz şəxsi heyəti iştirak edib və Dövlət Sərhəd Xidmətinin 6 nəfər hərbçisi arxa cəbhədə olmaq şərti ilə texniki dəstək məqsədilə əməliyyata qatılıb. Bu barədə beynəlxalq qurumlara da məlumat verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol