• $
  • €
  • ₽
  • ₺
  • £

Zaurdan efirdə biabırçı səhv

Zaurdan efirdə biabırçı səhv
16.12.2018 10:31
Əməkdar mədəniyyət işçisi, aparıcı Zaur Baxşəliyev canlı efir zamanı kobud səhvə yol verib. BAKU.WS-in məlumatına görə, Z. Baxşəliyev aparıcısı olduğu "BizimləSən" verilişində bilərəkdən və ya bilməyərəkdən Azərbaycanda qaraciyər transplantasiyasının mümkün olmaması barədə yalan məlumat verib. O, Azərbaycanda qaraciyər və ürək transplantasiyasının mümkün olmadığı üçün çox təəssüfləndiyini qeyd edib: "Mən çox təəssüf edirəm ki, bu gün qaraciyərin, ürəyin köçürülməsi ilə bağlı ümidimizi xaricdə axtarırıq. İnşallah əminəm ki, elə bir gün gələcək ki, necə ki, böyrək transplantologiyası üçün heç yerə getmirik, Azərbaycandayıq, Respublika Diaqnostika Mərkəzindəyik, eyni zamanda, qaraciyərlərdə, ürəklərdə də getməyəcəyik. İnanın buna, bu müddət çox azdır. Hamı Azərbaycanda qalacaq. Bu, həm büdcə, həm maliyə baxımından çox önəmli rəqəmlərdir, biləsiniz. 125 min dollar hardasa 200 min manatadək pul edir. Bunlar niyə xaricə getməlidir ki... Qoy elə Azərbaycan da qalsın da, deyilmi? Ən azından məbləğlər aşağı olacaq". Məlumat üçün bildirək ki, Azərbaycanda qaraciyər transplantasiyası illərdir həyata keçirilir. Statistika Komitəsinin məlumatına görə, təkcə son beş ildə Azərbaycanda ümumi olaraq 991 orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib. Ümumi orqan köçürülməsi əməliyyatlarının 70 faizini böyrək köçürülməsi təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol