• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhi Əliyeva psixoloqa sərt reaksiya verdi: Haram olsun bu qan sənə!

Ruhi Əliyeva psixoloqa sərt reaksiya verdi: Haram olsun bu qan sənə!
29.05.2020 01:45
Tanınmış müğənni, biznes ledi Ruhi Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı fikirlərə sərt etiraz reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Ruhi Əliyeva İnstaqram səhifəsində gənc psixoloqun Azərbaycana xəyanət etdiyini qeyd edib.
"Bu məsələyə görə sözün əsl mənasında sarsıntı içərisindəyəm. Ermənilərin millətimizə etdiyi saysız qətliamlar, soyqırımlar haqda geniş xatırlatmaya hər halda ehtiyac duymuram. Çünki hər birimizin damarında axan qan məhz odur! Bizim ana-bacılarımızın fəryadı hələ çəkilməyib. Erməninin axıtdığı Azərbaycan qanı hələ soyumayıb. O daşnaqların ayaqları altda qalan körpələrin naləsi hələ qulağımızdan getməyib. Bəs necə ola bilər ki, bu xalqın belə övladı olsun? Evdə hansı tərbiyəni görüb bu? Nərmin adlı qızın qəhrəman Mübariz İbrahimov haqda dedikləri absurddur. Amma ən böyük faciə bu torpaqda yetişən, milləti azərbaycanlı, əqidəsi mərhəmət olması gərəkən bir qızın vətəninə xəyanətidir! Mübariz sənin kimilər bu gün ağlına gələni danışsın deyə vətən uğrunda şəhid oldu? Ar olsun, ayıb və haram olsun bu qan sənə! Dostlar, düşünürəm ki, bu mənəviyyatsız biri ilə dövlət orqanları danışmalıdır. O, qanun qarşısında cavab verməlidir. Biz o xainin şəklini paylaşıb, reklam etməkdənsə, bunu tələb etməliyik”, – deyə müğənni vurğulayıb.
Ruhi Əliyevanın sosial şəbəkədəki izləyiciləri onunla həmrəy olduqlarını bildiriblər.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol