• $
  • €
  • ₽
  • ₺
  • £

"Baytarlıq xidmətinin əməkdaşı nazirin adından istifadə edib rüşvət yığır" - İDDİA

"Baytarlıq xidmətinin əməkdaşı nazirin adından istifadə edib rüşvət yığır" - İDDİA
17.12.2018 13:55
Neftçala Baytarlıq xidmətinin əməkdaşı barəsindəki isə iddiları təkzib edib

"Özünü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşı kimi təqdim edən Tahirov Qəhrəman Baloğlan oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşlalıq edir. İnsanların etirazı ilə qarşılaşanda deyir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun adamıyam, mənə heç kim heç nə edə bilməz".

Bunu Bizimyol.info saytına şikayətində Neftçala rayon sakini Həsənov Racı Əliabbas oğlu bildirib.

Şikayətçi iddia edir ki, Q. Tahirov rayonda sahibkarlara hədə-qorxu gələrək rüşvət alır, rayonda bəzi torpaq sahələrini zəbt edir: "Baytar kimi bütün Neftçala rayonu sakinlərini bezdirib. Qanunsuz torpaq zəbt edir, dövlət qurumları nümayəndələrini – bələdiyyəni, icra hakimiyyətini və digər dövlət qurumlarını da şantaj edir. O, rayonda fəlaiyyət göstərən ayrı-ayrı sahibkarlara məxsus ət dükanı, restoranlardan baytar kimi pul yığmaqla məşğuldur. Hamını şantaj edir ki, mənə pul verməsəniz, ət məhsullarının yararsız olduğu barədə rəy verəcəm".

R. Həsənov qeyd edib ki, rayon qəssabları, balıqçılarından pul tələb etməsinə görə, hüquq-mühafizə orqanlarına müraciət olunub.
Şikayətçinin sözlərinə görə, Qəhrəman Tahirov ona məxsus təsərrüfat sahəsinin yanındakı dövlətə məxsus ərazini qanunsuz zəbt edib: "Hansı ki, bu dövlət torpağıdı. Bu ərazidə qaz xəttinin üzərindədir. Heç bir sənədi də yoxdur. Buna etiraz etdiyimə görə, mənimlə bir neçə dəfə əlbəyaxa olub, məni şantaj edib. Mənə xəsarət yetirib, əlinə tüfəng alıb üstümə gəlir. Deyir torpaq mənimdi, burdan çıxan deyiləm. Bu barədə mən polisə məlumat vermişəm. Tahir Qəhrəmanov bir neçə dəfə məhkəmə tərəfindən cərimələnsə də, yenə davranışlarını dəyişməyib".

R. Həsənov deyib ki, Qəhrəman Tahirovun baytar kimi diplomu da saxtadır: "Özü üçün orda sənədsiz baytarlıq apteki də açıb. Mən xahiş edirəm, bu şantajçı adam haqqında məlumatı yayasınız, müvafiq dövlət qurumları da bu barədə tədbir görsünlər".
Şikayətçinin qeyd etdiyi iddialarla bağlı Qəhrəman Tahirovun da fikirlərini öyrəndik. O, Bizimyol.info saytına bildirib ki, Raci Həsənovun iddiaları əsassızdır:

"Mən hqəqitən də Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşıyam. Ancaq bildiyiniz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra Baytarlıq Xidmətində yoxlama səlahiyyəti yoxdur. Belə olan halda, mən necə pul yığa bilərəm?".

O bildirib ki, nazirin adından istifadə etməsi ilə bağlı deyilənlər də düz deyil.

Raci Həsənovla əlbəyaxa olması, ona silah çəkməsi barədə iddialara gəlincə, Q.Tahirov deyir ki, əgər belə bir şey olsaydı, hüquq-mühafizə orqanları müvafiq tədbir görərdi.

O, dövlət torpağını qanunsuz zəbt etməsi ilə bağlı R.Həsənovun dediklərini də təkzib edib: "Həmin torpaq sahəsi mənə icra hakimiyyəti tərəfindən verilib və orada heyvandarlıqla məşğuldur".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol