• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ

Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ
17.12.2018 14:01
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə aydır ki,  Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən  iaşə obyektlərinin monitorinqini aparır

 

ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb.

 

Amma bəzi obyektlər isə qaydalara əməl etmədiyi üçün bağlanmaq üzrədir.,  "Özkardeşlər" və "Qızıl balıq"  restoranları isə artıq məhkəmənin qərarı ilə bağlanıb.

Qarşıda məhkəmə tərəfindən 17 restoranın bağlanması nəzərdə tutulur.

Maraqlıdır ki, bağlanan ya da bağlanmaq üzrə olan restoranların müştəriləri də çoxdur.

 

Ola bilərmi ki, məhkəmənin qərarı ilə bağlanan restoranlar yenidən fəaliyyətlərini bərpa etsinlər?

 

ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov Modern.az-a açıqlamasında məsələnin mümkün olduğunu söyləyib.

 

"Restoranların bağlanması məhkəmənin qərarına əsasən həyata keçirilir.  Çünki bəzi restoranlar qurğunu quraşdırmadan ekologiyaya tullantıları atır və bu zaman həmin restoranların fəaliyyətinin dayandırılması mütləqdir. Qurğu quraşdırdıqdan sonra yenidən fəaliyyətə başlaması üçün Ekologiya Nazirliyinin əməkdaşları tərəfindən restorana baxış keçirilir. Bunun doğru olub-olmadığı yoxlanılır. Əgər normalara cavab verirsə, bu zaman restoran rəhbərliyi məhkəməyə müraciət edib fəaliyyətini yenidən bərpa edə bilər. Təbii ki, restoranın yenidən fəaliyyəti üçün  məhkəmə qərar verir”.

 

Qurum rəsmisi bildirib ki, bəzi restoranlar insan ölümünə səbəb olur.

 

"Hazırda bağlanması üçün növbədə 17 restoran var. Artıq bu barədə icra orqanları məlumatlıdır. Bir çox restoranlar nəinki Ekologiya Nazirliyinin, eləcə də, dövlətin qanunlarına tabe olmaq istəmirlər. Burada  ictimaiyyəti narahat edən məsələlərdən, tullantılardan söhbət gedir. Çünki tullantılar, ətrafa yayılan tüstü insan həyatı üçün təhlükə mənbəyidir. Əgər bu restoranlar insan ölümünə səbəb olursa, fəaliyyətlərinin dayandırılması zəruridir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol