Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Qusar rayonunun Əniğ kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, dekabrın 15-də saat 20 radələrində Qusar rayonunun Əniğ kəndi ərazisində kənd sakini Rəşad Əliverdiyev idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən həmkəndlisi Orxan Cabbarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























