• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyalarla bağlı problem

Pensiyalarla bağlı problem
21.10.2014 17:23

"Əhalinin pensiya ilə təmin olunmasında problemlərin yaşanmaması üçün Azərbaycandakı pensiya islahatları müasir beynəlxalq çağırışlara və inkişafa uyğunlaşdırılmalıdır. Bunun üçün isə uzunmüddətli və dayanıqlı maliyyə təminatı və tam təşəkkül tapmış sosial sığorta pinsipləri olmalıdır."

ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.O, "Azərbaycan" qəzetinə müsahibəsində bildirib ki, vətəndaşlara əlavə pensiya təminatına imkan verən mexanizmlər formalaşdırılmalı, pensiya sistemləri fərdi yığım planları ilə əvəz edilməlidir. Azərbaycanda məcburi real yığım komponentindən istifadə edilir. Lakin bununla bağlı kifayət qədər ehtiyatlı olmaq lazımdır. Belə ki, qlobal maliyyə böhranı bu üsulun təhlükəsiz olmadığını göstərib. Onun sözlərinə görə, dünyada yaşlı insanların artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin maliyyələşdirilməsində problemlər yaradır. Pensiya sistemlərindəki problemlər demoqrafik tendensiyalar, iqtisadiyyatın qloballaşması, miqrasiya artımı kimi təsirlərdən qaynaqlanır. Dünyada doğum səviyyəsinin azalması və orta ömür həddinin artması, “qlobal yaşlanma” problemi ailə xarakteristikasına, dünya quruluşuna, bir sözlə, bütün sosial, iqtisadi, siyasi aspektlərə təsir edir. BMT-nin hesablamaalarına görə, dünyada 59 yaşdan yuxarı əhalinin xüsusi çəkisi qarşıdakı 20 ildə təqribən 50 faiz artacaq. Nəticədə 25 yaşlı insanların sayı hər 25 ildən bir 20 faiz azalacaq. Gənclərin azalması isə pensiya mənbələrinin ödənilmə mənbəyinin azalması deməkdir.E.Mehdiyevin fikrincə, yaşlı insanların artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin maliyyələşdirilməsində problemlər yaradır. Bütün bunlar inkişaf etməkdə olan bazar iqtisadiyyatı ölkələrinin pensiya sistemlərinə daha çox təsir göstərir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol