DİN “Sədərək”də reyd keçirdi

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 17-də keçirdikləri reydlər zamanı "Sədərək” ticarət mərkəzindəki mağazalardan 4600 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























