• $
  • €
  • ₽
  • ₺
  • £

Qaşqaldağı kəklik quşu adı ilə satmaq istəyirdi - FOTO

Qaşqaldağı kəklik quşu adı ilə satmaq istəyirdi - FOTO
28.05.2020 20:57
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ov mövsümünün başlanması ilə əlaqədar respublikanın su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə növbəti uğurlu əməliyyat-profilaktiki tədbir həyata keçirilib.

DİN-dən Anews.az-a bildirilib ki, idarə əməkdaşları daxil olan məlumat əsasında Saatlı rayonunda keçirdikləri əməliyyat zamanı, əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzov saxlanılıb. 

Onun idarə etdiyi "Qaz-33021” markalı yük avtomobilinə baxış zamanı qanunsuz ovlanan 251 ədəd qaşqaldaq və 4 ədəd çöl ördəyi aşkar edilərək maddi sübut kimi götürülüb. 

Araşdırma zamanı məlum olub ki, N.Novruzovun ov etmək üçün müvafiq dövlət qurumları tərəfindən verilən xüsusi lisenziyası yoxdur. Saxlanılan şəxs ifadəsində çöl quşlarını paytaxt və bölgələrdə kənd toyuğu, eləcə də kəklik quşu adı altında satmaq məqsədi ilə ovladığını bildirib. Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları davam etdirilir. 

Daxili işlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su və sahil mühafizə zonalarında balıq, həmçinin çöl quşlarının qanunuz ovu ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan cərimə, inzibati tənbeh tədbirləri mütəmadi olaraq davam etdiriləcək. 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol