• $
  • €
  • ₽
  • ₺
  • £

Vegeterianlıq IQ səviyyəsinin aşağı düşməsinə səbəb olur

Vegeterianlıq IQ səviyyəsinin aşağı düşməsinə səbəb olur
18.12.2018 23:00
Süd məhsullarından imtina intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir.
 
Medeicina.az tbbi nəşrlərə istinadən xəbər verir ki, bu barədə diyetoloq Helen Bond açıqlama verib. O, vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatlığını dilə gətirib. O qeyd edib ki, getdikcə gənclərin çoxu bitki pəhrizini seçirlər. Bəziləri ekologiyanı, bəziləri isə tibbi əks-göstəriciləri düşünərək süd məhsullarından imtina edirlər.
 
Lakin məlumdur ki, rasionumuzda əsas yod mənbəyini süd məhsulları təşkil edir. Balıq, yumurta, hətta ev quşları belə orqanizmdə yod ehtiyatını tam ödəyə bilmir.

Surrey Universitetinin alimləri 47 müxtəlif süd məhsulunda, o cümlədən soya, kokos, badam, düyü və yulaf südündə yodun miqdarını müəyyənləşdiriblər. İnək südü ilə müqayisədə, demək olar ki, bütün məhsullarda yodun miqdarı minimum 2 faiz azdır. Bu element qalxanabənzər vəzinin düzgün funksiyası üçün də vacibdir.

Mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır. Hamilə vaxtı yod çatışmazlığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol