• $
  • €
  • ₽
  • ₺
  • £

“Toyota Prado” avtomobilinin yeni modeli təqdim olundu – FOTO

“Toyota Prado” avtomobilinin yeni modeli təqdim olundu – FOTO
10.11.2018 18:21

Bu gün Nardaranda yerləşən "Sea Breeze” istirahət mərkəzində "Toyota”nın "Land Cruiser Prado” avtomobilinin yeni modelinin təqdimat mərasimi keçirilib. 

Mərasimdə "Toyota” şirkətin rəsmiləri ilə yanaşı, avtomobil həvəskarları, eləcə də ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

"Toyota”nın Qafqaz üzrə prezidenti Mitsui Konişi tədbiri açıq elan edərək iştirakçıları salamlayıb.

 

"Toyota Bakı Mərkəzi”nin Marketinq müdiri Nərgiz Abbasova mərkəzin Azərbaycandakı fəaliyyətindən danışıb. "Toyota Bakı Mərkəzi”nin 2006-cı ildə açıldığını diqqətə çatdıran N.Abbasova şirkətin Bakı ilə yanaşı Gəncədə də satış salonlarının olduğunu qeyd edib.

"Toyota Abşeron Mərkəzi”nin satış müdiri Elşən Əhmədov "Toyota Prado”nun yeni modeli ilə bağlı təəssüratlarını bölüşərək yeni modeldə həm təchizat, həm də xarici görünüşlə bağlı bir çox yeniliklərin edildiyini vurğulayıb.

Çıxışlardan sonra "Toyota” şirkətinin tarixi və nailiyyətləri barədə videoçarx nümayiş olunub. Ardınca isə yeni "Toyota Prado” modelinin təqdimatı olub.

Məlumat verilib ki, 65 illik geniş yolsuzluq mirası sayəsində "Land Cruiser” keyfiyyəti, davamlılığı, etibarlılığı və rəqibsiz yolsuzluq performansı və yüksəkkeyfiyyətli rahatlığı ilə öz sinfində unikaldır.

Dünyanın 190-dan çox ölkəsində mövcud "Toyota” modelləri içində, "Land Cruiser” öz yolsuzluq göstəricilərinə görə insanlar arasında ən güclü və ən etibarlı "4x4”lərdən biri kimi ön plana çıxıb, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olub. Azərbaycanda isə "Toyota” şirkəti maşın bazarının 20%-nə nəzarət edir.

"Yeni Land Cruiser” daha müasir, möhkəm və yeni xarici görünüşü, bununla yanaşı, daha da inkişaf etmiş, rahat və yüksəkkeyfiyyətli interyer dizaynı, həmçinin, adi yolda və yolsuzluq şəraitindəki qabiliyyətlərinin təkmilləşdirilməsi sayəsində öz etibarını daha da artırır.

Qeyd edilib ki, erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni quruluşlu cihazlar paneli özündə 8 düym olan Toyota Touch® 2 multi-media sistemi, Optitron spidometri, 4,2 dyümlük multi-informasiya displeyini birləşdirir.

Maşının içindəki rahatlıq ön oturacaqlardakı ventilyasiya, arxa oturacaqların qızdırılması, avtomatik klimat-kontrol və yeni smart açar sayəsində daha da artırılıb.

"Land Cruiser”-in əvəzolunmaz yolsuzluq qabiliyyətinin sirri, yüksək dayanıqlı, deformasiyaya davamlı xüsusiyyətləri ilə yanaşı sinfində özünəməxsus bir quruluş, həmçinin, sürücülərə təklif olunan idarəetmə və texniki dəstək səviyyəsinin birləşməsidir.

Yeni "Land Cruiser”-in yolsuzluq qabiliyyətləri üç arxa diferensial seçimi sayəsində daha da genişlənib - açıq, qapalı və ya yeni Torsen Yüksək Sürtünmə Diferensialı (YSD). Dairəvi-görüntü Seçmə Sistemi (DGS), 5-pilləli Yolsuzluq Şəraitində İdarəetməyə Kömək Sistemini avotmatik aktivləşdirən AVTO rejimin əlavə edilməsilə inkişaf etdirilib. Bundan başqa Dairəvi-görüntü Monitorunun funksiyaları Alt görüntü, Ön hissə görüntüsü, Panoramik görüntü və Geniş Arxa görüntüsü displeyi əlavə edilməklə artırılıb.

"Land Cruiser”-in yeni modeli Azərbaycanda 8 komplektasiyada təklif olunur və onun sürətlər qutusu 5 və 6 pilləli avtomat müəyyən olunub.

Komplektasiyadan asılı olaraq 2.7 litr, 4.0 litr benzin və 3.0D dizel mühərriklər ilə təchiz olunur.

Avtomobilin qiymətinə gəlincə, yeni Toyota Pradonun qiyməti 43900 dollardan başlayır. Ən lüks təchizatlı  komplektasiya  74700 dollara  təklif olunur. 

Tədbirin sonunda media nümayəndələri "Toyota Prado”nu yolsuzluq şəraitində sürərək sınaqdan çıxarıblar.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol