• $
  • €
  • ₽
  • ₺
  • £

“Himnin sözlərinin müəllifi Əhməd Cavad deyil” – Deputatdan sensasiyalı açıqlama

“Himnin sözlərinin müəllifi Əhməd Cavad deyil” – Deputatdan sensasiyalı açıqlama
18.12.2018 17:38
Deputat Qənirə Paşayeva Milli Məclisin iclasında himnin dəyişdirilməsi ilə bağlı fikirlərə etiraz edib. 
 
Deputat bildirib ki, cəmiyyətimiz himnin sözlərinin müəllifi Əhməd Cavadın ruhunun narahat edilməsini istəmir. "İllərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Cəmiyyətimiz isə Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır. Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış simalarıdır. Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtə qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir”-deyə o bildirib.
 
Qənirə Paşayeva deyib ki, mövzunun da polemikaya ehtiyacı yoxdur. "Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. "Hüququndan keçən əsgər" kimi gözəl sözmü var? Himdə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq”.
 
Deputat Araz Əlizadə isə bildirib ki, himnin sözləri gözəldir, amma müəllifi Əhməd Cavad deyil. "Bu himnin müəllifi Cəmo bəy Cəbrayılbəylidir. Bu faktlarla sübut olunub”.
 
(Modern.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol