• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini həll etdi

Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini həll etdi
19.12.2018 09:54
Dekabrın 18-də bir qrup şəhid ailəsi ağızlarını qapayaraq, "SUS!”şüarı ilə birdəfəlik ödəmə ala bilmədiklərinə görə yenidən etiraz aksiyası keçirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, narazı vərəsələrin sayı o qədər də çox deyil:

"Hər bir şikayət fərdi qaydada araşdırılır və nəticələr barədə özlərinə məlumat verilir”.

F.Talıbov indiyədək araşdırılan şikayətlərdə bir nəfərin haqlı olduğunun müəyyənləşdiyini bildirib:

"Həmin şikayətçi bildirirdi ki, "nazirlik pulu mənə vermir”. Araşdırma zamanı məlum oldu ki, aidiyyəti notariat kontoru tərəfindən nazirliyinin elektron sisteminə məlumat ötürülən zaman sistem test rejimində fəaliyyət göstərdiyindən müvafiq sənədlər bizə daxil olmayıb. Vətəndaşın müraciətindən sonra aidiyyəti notariat kontoru ilə danışıqlar aparılıb və sənədlərin yenidən göndərilməsi təmin edilib. Belə ki, ötən noyabrın 29-da şəhidimizin vərəsəsinin sənədləri nazirliyə daxil olub və aidiyyəti üzrə işçi qrupu tərəfindən baxılıb. Həmin vərəsənin birdəfəlik ödəmə almaq hüququ təmin edilib”.

Qeyd edək ki, haqlı şikayəti təmin edilən şəhid hərbi qulluqçu Tahir Xasməmmədovun qardaşı Qazax rayon sakini Firuz Xasməmmədovdur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol