• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə universitetlərinə attestatla qəbul dayandırılıb?

Türkiyə universitetlərinə attestatla qəbul dayandırılıb?
19.12.2018 17:01
Təhsil eksperti Kamran Əsədov Türkiyə universitetlərinə attestatla qəbulun dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq  gətirib.

Anews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, Azərbaycan Təhsil Nazirliyi və Türkiyənin YÖK (Yükseköğretim Kurumu) arasında imzalanan qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınması tövsiyə olunur:

"Bu tövsiyə xarakterli Türkiyə YÖK-ün öz universitetlərinə xəbərdarlığıdır. Azərbaycanda attestat alan hər kəs onsuzda DİM-in buraxılış imtahanında iştirak edib attestat alır. Deməli, hər kəsin bu DİM imtahan nəticəsi var. Eyni zamanda Türkiyəyə gedənlər burada yetərli bal toplaya bilməyənlərdir. Deməli, onların qəbul imtahan nəticəsi də var. Sənəddə hər hansı bir keçid balı nəzərdə tutulmur. İmtahanda iştirak, hətta 1 bal belə yetərlidir. Türkiyədə ali məktəbə qəbul olmaq, bakalavr təhsili almaq üçün SAT və ya universitetlərin öz YÖS imtahanına girmək lazımdır. Magistr təhsili üçün isə ALES imtahanından keçməlisiz. Və bəzən universitetlərdən asılı olaraq bu imtahan GRE və ya GMAT imtahanı ilə də əvəz oluna bilər. Magistr üçün tezsiz proqramlara ALES imtahanına ehtiyac qalmır.
Hər iki halda əgər ingilis dilində təhsil almaq istəyirsizsə, onda sizin minimum 75 TOEFL nəticəniz də olmalıdır. 
Yəni, iki ölkə arasında imzalanmış sənəddə ali məktəblərə attestatla qəbula qadağa nəzərdə tutulmur. Əgər bu olsa, Təhsil Nazirliyi öz təhsilinə, verdiyi sənədə inanmır demək olardı”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol