• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hemofiliyalı xəstələrlə bağlı statistika

Azərbaycanda hemofiliyalı xəstələrlə bağlı statistika
19.12.2018 23:00
Hemofiliya irsi qan xəstəliyidir və bu xəstəlikdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunurlar.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Hemofiliyada multidissiplinar yanaşma” mövzusu üzrə elmi-praktik seminarda mərkəzin direktoru Qəhrəman Haqverdiyev deyib.

Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova dünyada təxminən 400 min insanın hemofiliya xəstəliyindən əziyyət çəkdiyini, onların 80 faizinin lazımi dərman preparatları ilə təmin olunmadığını, yalnız 20 faiz ölkələrdə hemofiliyalı xəstənin lazımi dərman preparatları ilə təmin edildiyini bildirib: "2006-cı ildə Azərbaycan da bu 20 faiz ölkələrin sırasına daxil olunub. Hazırda bizim mərkəzdə 1621 hemofiliyalı xəstə dispanser qeydiyyata dayanıb və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstələr ev şəraitində, stasionar və ambulator şəraitdə müalicə alırlar”.

Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Vüqar Şirzadov məlumat verdi ki, hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərə hərtərəfli dövlət qayğısı sayəsində hazırda xəstələrin həyat keyfiyyəti xeyli yaxşılaşıb.

İranlı mütəxəssislər – Eşgi Peyman, Huriye Davudabadi Fərahani, Susan Ağamuhammadi, Behnaz Həbib Pənah seminar iştirakçılarına oynaq və sümük-əzələ sisteminin diaqnostikası üzrə fizioterapevtik xidmətin təşkili, xəstəliyin müalicəsində fizioterapevtik üsulların tətbiqi barədə ətraflı məlumat veriblər.

Geniş fikir mübadiləsi şəraitində keçən seminar qrup təqdimatları və məruzəçilərin şərhləri ilə yekunlaşıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol