• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Gürcüstandan 300 milyon avro çıxarıldı: həbslər başladı

Azərbaycan və Gürcüstandan 300 milyon avro çıxarıldı: həbslər başladı
20.12.2018 11:40
Danimarkanın Mərkəzi Kriminal Polisinin əməkdaşları "Danske Bank”ın Estoniya filialının çərşənbə günü altı, dünən isə dörd əməkdaşını həbs edib. Onlar müştərilərə çirkli pulların yuyulmasına imkan yaratmaqda ittiham edilirlər. 

Estoniyanın "Delfi” nəşrinin məlumatına görə, saxlanılanlarla bağlı ölkənin Mərkəzi Kriminal Polisi və Baş Prokurorluq birgə mətbuat konfransı keçirib.

Bildirilib ki, Danimarka hökuməti "Danske Bank” rəhbərliyinə qarşı ölkə qanunvericiliyinin dörd maddəsinin pozulması ilə bağlı ittiham irəli sürülüb. 

İttihamlar 2007-ci il fevralın 1-dən 2016-cı il yanvarın sonlarınadək olan dövrü əhatə edir. Bankın Estoniya bölməsində rezidentlər tərəfindən edilən 200 milyard avro həcmində əməliyyatların hər biri şübhə altına düşüb.  

"Biz bu məsələnin tam araşdırılmasını istəyirik. Bununla bağlı sentyabr ayında lazımi sənədlər təqdim edilib. Prokurorluqla əməkdaşlıq edəcəyik”, - bankın icraçı direktoru Yesper Nilsen deyib. 

Baş prokuror Lavli Perlinqin sözlərinə görə, cinayət araşdırması bir ilə yaxın davam edib. 

"Şübhəli şəxslər müştərilərlə işləyən və çirkli pulların yuyulmasında iştirak edən bank əməkdaşlarıdır. Sözügedən cinayət Gürcüstan və Azərbaycanda törədilib. Çirkli pulların yuyulması zamanı əldə edilən ümumi məbləğ 300 milyon avrodur”, - dövlət ittihamçısı qeyd edib. 

"2017-ci ildə istintaqa necə gəldiniz? Birmənalı cavabı yoxdur. Hər şeydən əvvəl, 2010-2017-ci illərdə çirkli pulların yuyulması və irəli sürülən ittihamı başa düşmək lazımdır. Bizdə məlumatlar olsa da, bunu sübut edə bilməmişdik”, - dövlət prokuroru Marek Vahinq əlavə edib.

Vahinq onu da bildirib ki, 2017-ci ilin yayında araşdırmaçı jurnalistlər lazımi məlumatları üzə çıxarıblar.

Dünən prokurorluq 10 nəfərin həbsi ilə bağlı qərar verib. Həmçinin, onların mülklərinə də həbs qoyulduğu bildirilib. Ehtimal edilir ki, bu insanlar fəaliyyətlərinə görə pul alıblar. Ümumi məbləğ 1,5 milyon avro olub. 

Mərkəzi Kriminal Polisinin rəhbəri Ayvar Alavere deyib ki, dünən araşdırmaların açıq fazası başlayıb: "Biz 10 nəfəri həbs etdik”. 

Alavere bildirib ki, bu insanların öz müştəriləri olub, ancaq onlar şəbəkə üzərindən işləyib: "Saxlanılanlardan biri Yuriy Kidyayevdir”.

Hazırda o, "Citadele”də çalışır. "Citadele”nin Estoniyadakı filialının rəhbəri Yan Laytmyae Kidyayevin həbsini şərh etməyib. 

Məlumatlarda qeyd edilib ki, cinayət araşdırılması 2017-ci ilin noyabrında başlanılıb. Sübut edilib ki, bankda fəaliyyət göstərən qaydalar çirkli pulların yuyulmasına formal şəkildə mane olub və onlar yerinə yetirilməyib. Həmçinin, iddia olunub ki, bu fəaliyyətlə məşğul olan əməkdaşların işindən idarədə xəbərdar olublar. 

"Danske Bank”ına qarşı araşdırmalar Avropa İttifaqı və ABŞ tərəfindən aparılır. "Danske Bank Group”un filialları dünyanın 14 ölkəsində yerləşir.
 
/// oxu.az


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol