• $
  • €
  • ₽
  • ₺
  • £

“Cənub məktəblərində bir nəfər də qız yoxdur”

“Cənub məktəblərində bir nəfər də qız yoxdur”
20.12.2018 13:28
"Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur. Bu heç də yaxşı hal deyil. Cənab nazir, siz bu məsələyə necə baxırsınız?!"

Bunu Bakıda keçirilən "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberli deyib və Azərbaycan təhsil naziri Ceyhun Bayramovdan soruşub.

Nazir isə öz növbəsində bildirib ki, Təhsil Nazirliyi bu məsələ ilə yaxından maraqlanır: "Bu bizi ağrıdan məsələlərdəndir. Müxtəlif regionlarda mənzərə fərqlidir. Bəzi yerlərdə təhsilin səviyyəsi və keyfiyyəti şəhər məktəblərinə yaxındır. Dediyiniz regionlarda isə vəziyyət fərqlidir. Bunun üçün biz icmalarla işləyirik. Biz həm də məktəbəqədər təhsilə də xüsusi əhəmiyyət veririk. Artıq bir müddətdir valideynlərlə işləməyə üstünlük veririk. Görürük ki, bu üsul daha effektivdir. 2019-cu ildən bunu daha da genişləndirəcəyik".

Tədbirdə iştirak edən Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə də məsələyə münasibət bildirib: "Biz 26 ildir həm qızlar, həm də oğlanların bilik səviyyəsini yoxlayırıq. Görünən odur ki, bu regionlarda bəzi problemlər var. Regionlarda valideynlər 9-cu sinifdən qız uşaqlarını məktəbə qoymurlar. Biz müşahidə etmişik ki, əvvəllər bu uşaqların arasında yaxşı qiymət alanlar da var idi. Amma indi belə deyil. Valideyin düşünür ki, əgər uşaq bu vaxta qədər 2-3 qiyməti alıbsa, onda ona məktəb daha lazım deyil. Amma elə regionlar var ki, orada qızların sayı çoxdur, oğlanlar azdır".
 
///Report

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol