• $
  • €
  • ₽
  • ₺
  • £

XX əsrin açılmayan sirri — Üçüncü Reyxin yoxa çıxan rəhbərləri

XX əsrin açılmayan sirri — Üçüncü Reyxin yoxa çıxan rəhbərləri
20.12.2018 21:00
İkinci dünya müharibəsi başa çatanda Almaniyanın yüksək vəzifəli rəhbərləri ölkələrinin məğlub olacağını anladılar. 1945-ci ildə SS qoşunlarının keçmiş döyüşçülərinin təşkilatı yarandı. Bu strukturun tapşırığı yüksək rütbəli alman hərbçilərinə kömək etmək idi. Amma təşkilatın maddi imkanları zəif idi. Almanlar müharibə vaxtı ələ keçirdikləri sərvəti SS zabitlərini Latın Amerikası, Yaxın Şərq və Afrikaya yola salmağa xərclədilər.
"Ölkə.Az” bu gün oxucularına izi-tozu bilinməyən nasist liderləri haqqında geniş yazının ikinci hissəsini təqdim edir.

SS Şturmbanfüreri Eduard Roşman

SS nasisti Eduard Roşmanın ləqəbi Qəssab idi. O, müharibənin sonunda təqibdən qurtulmaq üçün ölümünü səhnələşdirmək qərarına gəlir. Amerikalılar onu axtaranda eybəcər hala salınmış meyit tapdılar və meyitin 40 mindən çox insanın qatili olan Roşmana aid olduğunu təsdiqlədilər. Meyit Bavariya Alplarında tapıldı. Təşkilatın maliyyəsi hesabına Roşman digər cinayətkarlar kimi təhlükəsiz yerlərə gedəcəyini gözləyirdi. Demək lazımdır ki, soyuq dağlara səfər Eduard üçün pis nəticələndi. Onun ayaq barmaqlarını don vurdu və amputasiya etmək məcburiyyəti yarandı. Roşmanı əməliyyat edən həkimin meyiti təşis etmək cəhdi nəticə vermədi. Amputasiyadan sonra Qəssab axsamağa başladı və bu da sonradan onun tanınmasına kömək etdi.
Roşman üç il Avropa ölkələrindən birində yaşayıb. Onu hamı ölü bildiyi üçün axtarışla heç kəs məşğul olmadı. Ehtimal edilir ki, onun ölümünə inam yaradılmışdı və Təşkilatın hesabındakı pullar istənilən axtarışın qarşısını ala bilərdi. Sonra Roşman saxta sənədlər əldə edərək Latın Amerikasına yola düşdü. Bir il Qəssab Argentinada İsveçrə vətəndaşı Frits Verner adı altında yaşadı. Sonra qəflətən yoxa çıxdı. Roşman argentinalı Federiko Bernardo Veqner adı ilə yenidən üzə çıxdı. Bir müddət sonra kimsə Eduarda 50 min dollarlıq çek (o dövr üçün çox böyük məbləğ) göndərdi. Pulu kimin göndərdiyi naməlumdur. Təbii ki, bu, keçmiş əməkdaşlarına himayədarlıq edən Təşkilatın işi idi.

Roşman bu pul ilə biznes qurmağa başladı. Onun "Ştenler və Veqner” şirkəti Avropa ölkələrinə qiymətli ağac materialları göndərirdi.
Qeyd etmək lazımdır ki, Argentina hökuməti Roşmanın şəxsiyyəti ilə o qədər də maraqlanmırdı şünki Təşkilat əməkdaşlarını yaşadıqları ölkənin polisindən də qoruyurdu.

Beləcə Qəssab 20 Argentinada yaşadı. Amma 1970-ci illərdə onun qəddarlıqlarının şahidi olan bir nəfər Qəssabı tanıdı. Bu barədə Almaniya hökuməti də məlumatlandırıldı. Anti-faşist təşkilatları fəaliyyətə keçdi və Argentina hərbi cinayətkarı Almaniyaya təhvil verməyə razılaşdı.

Roşman mühakimə olunmaq üçün Almaniyaya təhvil veriləcəyini bilirdi. Naməlum şəxs Eduradın yanına gəldi və Paraqvaya keçməyinə kömək etdi. Roşmana verilən təlimat sadə və dəqiq idi: Axşam avtobusa əyləşib "Pes-Mar” barının sahibinin yanına gəlmək və növbəti tapşırıqları gözləmək. Qəssab deyilənlərə əməl etdi. Onu pansionata yerləşdirdilər. Bir neçə ay yeni yerdə yaşayan Roşman diqqət cəlb etməməyə çalışdı. Amma bir dəfə ürəyində problem yarandı və onu xəstəxanaya apardılar. Bir müddət sonra Roşman xəstəxanada dünyasını dəyişdi. Polis mərhumun sənədlərini araşdıranda onun özünü təqdim etdiyi şəxs olmadığını başa düşdü. Paraqvay polisi Argentina polisi ilə əlaqəyə keçdi və ölən şəxsin hərbi cinayətkar olduğu faktı təsdiqləndi.

Amma Roşmanın meyitini morqdan oğurladılar. Bu isə onun ölümünün Təşkilatın işi olduğuna dəlalət edir. Çünki meyitin yarılması polisi Təşkilatın təlimatı ilə Roşmanı kimin qətlə yetirdiyi izinə sala bilərdi...

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol