• $
  • €
  • ₽
  • ₺
  • £

“JEK”lər mənzillərdən pul yığa bilməyəcək - YENİLİK

“JEK”lər mənzillərdən pul yığa bilməyəcək - YENİLİK
20.12.2018 16:59
Ölkə prezidentinin 30 noyabr tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. 

Anews.az-ın xəbərinə görə, iqtisadçı ekspert Samir Əliyev öz "Facebook” səhifəsində yazıb ki, qanuna dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) mənzil idarəçiliyində uzaqlaşdırılması istiqamətində daha bir addım olub.

"Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Halbuki bu vaxta qədər Qanun özəlləşdirilmiş mənzillərə xidmət və onların təmirini mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilməsini nəzərdə tuturdu.

Elə buna görə sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşirdi.

Həmin Qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı bir kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir. Yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur və xidmət haqqının müəyyənləşdirilməsi əhalini öz öhdəsinə buraxılır”.

Ekspertin sözlərinə görə, digər dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlıdır. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcəklər.

Çünki "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilə isə bu vaxta qədər yoxdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol