• $
  • €
  • ₽
  • ₺
  • £

200 iynə udan şəxsin dayısı: “Böyük iynələri uda bilmirdi”

200 iynə udan şəxsin dayısı: “Böyük iynələri uda bilmirdi”
20.12.2018 22:11
Hər gün 5-10 iynəni qəzetin içərisinə büküb udurdu.
Bu sözləri Oxu.Az-a 200 iynə udan 28 yaşlı Emin İsayevin dayısı Şəki Əsgərov deyib.
O bildirib ki, mədəsi ağrıdığı üçün atası Emini Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparıb, oradan da Respublika Klinik Xəstəxanasına göndəriblər:
"Bəlkə də, bir ildir hamıdan xəbərsiz gizli-gizli iynə udurdu. Ailəsinin də xəbəri olmayıb. Başından travma aldığı üçün ruhi vəziyyətində ciddi problemlər yaranmışdı. Bir müddət müalicə alsa da, yaxşılaşma olmayıb. Atası həkimə aparanda mənə də zəng vurdular, getdim Respublika Klinik Xəstəxanasına.
MRT nəticələrini görəndə özüm də gözlərimə inana bilmədim. Bir gün qaldı orda. Həkim mənə izah etdi ki, əməliyyatla onu xilas etmək artıq gecdir. Sadəcə, ehtiyyatlı olun ki, kiməsə xətər yetirə bilər. Nə deyə bilərik, hər şey göz qabağındadır. Başa düşmürdük ki, necə udub iynələri.
Deyir, hər gün 5-10 ədəd iynəni qəzetə büküb udurdu. İynələri də rayonda tapa bilməyəndə əlinə düşən 3-5 manatla gəlirdi Bakıya. Bakıdan alırdı, qayıdıb evdə udurdu iynələri. Böyük iynələri uda bilməyib, axtarıb, balaca iynələr tapıb. Hamımız məəttəl qalmışıq. Neçə dəfə taksiyə minib, gəlib Bakıya, pulu olmayıb.
Sürücü mənim nömrəmə zəng edib ki, gətirin, pulumu verin. Dəfələrlə deyirdim ki, tək harasa getməsinə icazə verməyin. Ümidimiz qalıb Allaha, biz də hər şeyi başa düşürük, amma görək, sonu nə olacaq. Yola saldım, ailəsi ilə Şəmkirə getdilər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol