• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən tələbələrə şad xəbər

Nazirdən tələbələrə şad xəbər
21.12.2018 12:29
"Tələbələrin birinci qurultayından ötən dövr ərzində yeni strategiya və konsepsiyalar qəbul edilib. Təhsilin məzmunu, maliyyələşmə, infrastruktur beynəlxalq tələblərə uyğunlaşıb. Təhsil alanların əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasına xüsusi diqqət yetirilir". 

Anews.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrin II qurultayında çıxışı zamanı deyib. Nazir bildirib ki, universitetlərin kadr potensialı gücləndirilib, ali təhsilin əlçatanlıq imkanı genişləndirilib. Onun sözlərinə görə, 2016-cı ildən ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüd almaq imkanının yaradılması tələbələrin stimullaşdırılması üçün əhəmiyyətli addım hesab edilə bilər.

Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda - 41 minə yaxın gənc tələbə adını qazanıb: "Onlardan 3127 nəfəri 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb, 2090 nəfər 500-dən yüksək bal toplayaraq müəllim ixtisasını seçib. Təhsilin əlçatanlığını təmin etmək məqsədilə 2019-2020-ci tədris ilində dövlət sifarişli yerlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Tələbələri sevindirəcək daha bir yenilik, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 800 yerlik müasir yataqxananın tikintisinin tam başa çatması xəbəridir. Bina tələbələrin ixtiyarına verilmək üçün tam hazırdı. Sumqayıt, Gəncə şəhərlərində mövcud yataqxana binaları əsaslı təmir edilir. C.Bayramov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib. Nazir bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır: "Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacaq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol