Hüquq müdafiəçiləri:" Mirvari Qəhrəmanlıya qarşı kampaniyaya son qoyulsun"

Azərbaycanın aparıcı hüquqmüdafiəçiləri Nüftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya qarşı yerli mətbuatda yazılan təhqir xarakterli yazılara qarşı etiraz bəyanatı qəbul edib. Novella Cəfərova, Arzu
Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Şəhla
İsmayıl, Əvəz
Zeynallı, Elçın Məmməd, Hilal Məmmədov və Əvəz Həsənov tərəfindən imzalanmış bəyanatda deyilir:
"Bir neçə gündür
ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri,
hüquqmüdafiəçisi Mirvari Qəhrəmanlıya qarşı növbəti təzyiqlər vüsət alıb. Hüquqmüdafiəçisini
aşağılayan, təhqir və böhtan xarakterli yazılar davamlı şəkildə mətbuatda dərc
edilir.
Biz
Mirvari xanıma qarşı yönəlmiş bu yazıları ona qarşə təzyiq hesab edirik.
Mirvari Qəhrəmanlı tanınmış QHT rəhbəri kimi həmişə ölkədə insan hüquqlarının,
o cümlədən neftçilərin hüquqlarının müdafiəçisi kimi çıxış etmişdir. O, SOCAR-ın
fəaliyyətində yol verilən nöqsanları, korrupsiya faktlarını, ekologiyaya
vurulan zərbələri daim gündəmə gətirib ictimailəşdirərək, monitorinq və
araşdırma xarakterli hesabatlar hazırlayaraq mədən sənayesində şəffaflığın təmin
edilməsi və ictimai nəzarətin gücləndirilməsi istiqamətində geniş tədbirlər həyata
keçirmişdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























