• $
  • €
  • ₽
  • ₺
  • £

Yolun ortasında sərnişin düşürən avtobuslar — VİDEO

Yolun ortasında sərnişin düşürən avtobuslar — VİDEO
21.12.2018 19:00
Babək prospektində təmirdən sonra ictimai nəqliyyat üçün xüsusi xətt çəkilsə də avtobuslar faktiki olaraq bu yoldan heç bir halda istifadə edə bilmirlər. Çünki sürücülər bu və ya digər səbəblərdən məhz bu yolun üzərində avtomobillərini park edirlər.

Anews.az  ARB TV-yə istinadən xəbər verir ki, avtobuslar üçün zolağın ayrılması ideal görünür. 

Görüntünü isə avtobus nişanı üzərində dayanan minik avtomobilləri və öz yerində özünə yer tapmayan avtobuslar pozur.

Prospekt boyu onlarla dayanma-durmanı qadağan edən, avtobus yolu olduğunu diqqət çatdıran nişanlar qurulub. Bu zolağın üzərində ard-arda düzülən avtomobil sürücülərinin də öz arqumentləri var.

"Obyekti tikdirəndə düşünmək lazımdır ki, bura maşın girəcək. Mənim maşınım da xarabdır, qalmışam burada, harada saxlayım?”, - deyə sürücülərdən biri bildirib.

Digər sürücü isə qeyd edib ki, avtomobillər üçün dayanacaq olmalıdır. 
"Harada parklayaq? Ora giririk obyekt sahibi deyir burada saxlama, bəs, harada dayanaq?”, - deyə bir sürücü şikayətlənib.

Maraqlı sualdır, çünki Babək prospekti ətrafında yaşayış və ictimai iaşə obyektlərinin çox olduğu yoldur.

Bu yolda avtomobillərin park edilməsi üçün neçə yerdə parklama yerinin olduğunu görmək üçün aparılan müşahidələr göstərir ki, bu yolda demək olar ki, bir dənə də olsun parklanma yeri yoxdur. Sürücülər ən yaxşı halda obyektlərin qarşısında olan yerlərdə avtomobillərini saxlayırlar.

Belə hallar onsuz da parklanma qaydalarını pozmağa meyilli olan sürücülərə özlərinə haqq qazandırmaq şansı verir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol