• $
  • €
  • ₽
  • ₺
  • £

"Baytarlıq xidmətinin işçisi qanunsuz torpaq zəbt edib"

"Baytarlıq xidmətinin işçisi qanunsuz torpaq zəbt edib"
25.12.2018 10:26
"Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşı kimi təqdim edən Tahirov Qəhrəman Baloğlan oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Neftçala rayonunda dövlətə məxsus ərazini qanunsuz şəkildə zəbt edib".

Bunu big.az-a açıqlamasında Neftçala bələdiyyəsinin vergi müfəttişi Emin Müzəffərov bildirib. O, qeyd edib ki, dövlətə məxsus ərazini qanunsuz zəbt etdikdən sonra bələdiyyə müraciət edərək həmin ərazidə tikinti işləri həyata keçirmək üçün icazə sənədi istəyib. Qanunsuz olaraq zəbt etdiyi 30 sot ərazidə tikinti həyata keçirmək üçün bizə müraciət edib. Amma həmin ərazinin sənədi olmadığı üçün bizə heç bir icazə sənədi ona verə bilməyəcəyimizi bildirmişik. Qanunsuz olaraq zəbt etdiyi ərazi qaz xəttinin üzərindədir. Həmin əraziyə necə sənəd vermək olar? 

Emin Müzəffərov Tahirov Qəhrəman Baloğlan oğlunun qanunsuz əməlləri ilə rayon sakinlərini bezdirdiyini bildirib: "Həmin şəxsin rayonda özbaşınalıqlarının sayı-hüdudu yoxdur. Rayon sakinlərinə hədə-qorxu gələrək torpaqları zəbt etməklə məşğuldur. Rayonda heç kim onunla bacara bilmir. "Xəstəyəm, xəstəyəm" deyərək bütün bu özbaşınalıqları həyata keçirir. Neftçala rayon sakini Raci Həsənovla əlbəyaxa olub, ona zərbələr endirib. Buna görə 500 manat cərimə də ödəyib. Həmin şəxsin özbaşınalıqlarından bütün rayon sakinləri bezib".

Məsələ ilə açıqlama verən Neftçala Baytarlıq Xidmətinin rəhbəri İlham Abdullayev isə saytımıza Tahirov Qəhrəman Baloğlan oğlunun Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşı olduğunu təsdiqləyib. Sözügedən şəxsin qanunsuz əməlləri ilə bağlı rayon sakinlərinin narazılığından xəbərdar olduğunu bildirən İlham Abdullayev adıçəkilən şəxsin diplomunun saxta olub-olmaması ilə bağlı sualımızı cavablandırmaq istəmədi.

Yazıda adıçəkilən Tahirov Qəhrəman Baloğlan oğlu BiG.AZ-a Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşı olduğunu təsdiqləyib. O, dövlət torpağını qanunsuz zəbt etməsi ilə bağlı deyilənləri təkzib edib.

"54 yaşım var, ağsaqqal kişiyəm. Mənə yaraşarmı belə hərəkətlər edim? 10 gündən çoxdur ki, yorğan-döşək yatıram. Ayağa çətinliklə qalxa bilirəm. Cərrahi əməliyyat olunmalıyam. 200 manat maaş alıram, həmin pulu da tələbə oğlumun təhsil xərclərinə sərf edirəm. Bu deyilənlər hamısı şər-böhtandır".
Xatırladaq ki, bizimyol.info saytına şikayətində Neftçala rayon sakini Həsənov Racı Əliabbas oğlu bildirib ki, özünü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşı kimi təqdim edən Tahirov Qəhrəman Baloğlan oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşlalıq edir. İnsanların etirazı ilə qarşılaşanda deyir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun adamıyam, mənə heç kim heç nə edə bilməz".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol