• $
  • €
  • ₽
  • ₺
  • £

""Hər yerindən duranın sözü ilə himnə müdaxilə edilməz" - Cavanşir Quliyev

""Hər yerindən duranın sözü ilə himnə müdaxilə edilməz" - Cavanşir Quliyev
24.12.2018 12:30
Uzun müddətdir, himnimizin aranjiman olunması məsələsi gündəmdədir. Deputat Tahir Kərimli tərəfindən səsləndirilən bu fikir ətrafında müzakirələr hələ də davam edir.

Anews.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib ki, Azərbaycan Dövlət Himninin aranjimanı musiqiçilərin daxili-texniki məsələsidir, geniş kütlənin bilməsinə ehtiyac yoxdur:

"Hesab edirəm ki, himnimizin aranjiman edilməsinə ehtiyac yoxdur. Amma əgər ehtiyac duyularsa, aranjiman baş tuta bilər. Xatırlatmaq istəyirəm ki, cəmi 4 il əvvəl – Azərbaycanda keçirilən Avropa Oyunlarına hazırlıq mərhələsində himnimizin yeni orkestrləşdirilməsi edilib. Oyunlar zamanı məhz yeni versiya ifa olunurdu”.

Himnimizin uzun olması iddialarına gəlincə, Cavanşir Quliyev bunu təkzib edib:

"Hər yerindən duranın sözü ilə dövlətin himninə müdaxilə edilməz. Azərbaycan himni uzun deyil, siz də dinləyin və saata baxın, 2 dəqiqə 16 saniyədir. Məncə, dövlətinin himnini 2 dəqiqə dinləyə bilməyən adam bu ölkənin vətəndaşı olmağa layiq deyil”.

Qeyd edək ki, parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanunu 1992-ci il mayın 27-də qəbul edib. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənib. Hazırkı himnimiz 1989 və 2014-cü illərdə iki dəfə aranjiman olunub. 4 ildir ifa etdiyimiz Dövlət Himni qeyd edildiyi kimi, 2 dəqiqə 16 saniyədir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol