• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ata qızına saxta pul verdi və...

Azərbaycanda ata qızına saxta pul verdi və...
24.12.2018 12:04
Polis əməkdaşları tərəfindən Ağcabədi rayonunda xeyli miqdarda saxta əskinas aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən 4 mağaza sahibi dekabrın 23-də mağazalarında alış-veriş edən 2 nəfərin onlara müvafiq olaraq 3 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq əskinaslar verdiklərini, sonradan həmin pulların saxta olduğunu aşkar etdiklərini bildiriblər. Həmin əskinaslar polis əməkdaşlarına təqdim olunub.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları verməkdə şübhəli bilinən rayon sakinləri Mehdi Mehdizadə və Təhminə Nəzərova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan əlavə olaraq 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq saxta əskinaslar aşkar edilib.

Araşdırmalarla onların saxta əskinasları T.Nəzərovanın atası Firəddindən aldıqları müəyyən edilib.

Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş Firəddin Nəzərov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 21 ədəd 100 manatlıq, 29 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq, 62 ədəd 5 manatlıq və 37 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol