• $
  • €
  • ₽
  • ₺
  • £

Bağ evindən 3000 manatlıq əşya oğurlayan şəxs saxlanıldı — FOTOLAR

Bağ evindən 3000 manatlıq əşya oğurlayan şəxs saxlanıldı — FOTOLAR
29.05.2020 12:08
Evdən dəyəri 3000 manat olan televizor və digər məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Anews.az xəbər verir ki, Sabunçu rayonu Nardaran qəsəbəsi, Bağlar Massivində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq içəridən naməlum şəxslər tərəfindən dəyəri 3000 manat olan televizor və digər məişət əşyaları oğurlanıb. Bu barədə Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Rauf Əliyev, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əli Abbasov, Saatlı rayon sakini İlqar İsgəndərov və Sabunçu rayon sakini Fərrux Quliyev saxlanılıb. Qeyd edək ki, dəstə üzvlərindən biri – R.Əliyev digər cinayətdə təqsirli bilindiyi üçün məhkəmənin qərarı inzibati qaydada həbs olunub. Araşdırma zamanı dəstə üzvlərinin məhz R.Əliyevin təklifi ilə qeyd edilən mənzildən oğurluq etdikləri məlum olub.

Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa dəstənin digər üzvü F.Quliyevin avtomobili ilə gediblər. Elə F.Quliyev oğurluq əşyaları sonradan 300 manat müqabilində digər şəxslərdən alaraq yaşadığı evə aparıb.

Saxlanılan şəxs barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Gördüyünüz bu şəxslərin digər cinayətlər törətməsi də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 42-ci Polis Bölməsinə müraciət edə bilərlər.
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol