Baş nazir qərar verdi: İçərişəhərdə yeni mərkəz yaradılır

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda "Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb.
Anews.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda Ənənəvi İncəsənət Mərkəzi yaradılır.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























