"Halal" MTK-da faciə: Usta binadan yıxılıb öldü

Abşeronda tikintidə ölüm hadisəsi baş verib.
Anews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Saray qəsəbəsi, Əmirov küçəsində "Halal" MTK şirkətinin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında usta işləyən, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu suvaq işləri apararkən binanın 9-cu mərtəbəsindən yıxılıb.
O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























