• $
  • €
  • ₽
  • ₺
  • £

Telman İsmayılov məşhur müğənnini girov saxlayıb - İSTİNTAQ

Telman İsmayılov məşhur müğənnini girov saxlayıb - İSTİNTAQ
25.12.2018 10:55
Məşhur müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı araşdırma yekunlaşıb.

Rusiya İstintaq Komitəsi müğənninin Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov və ona kömək etmiş iki fiqurant  - Zaur Mərdanov və Vladimir Qusakov tərəfindən təşkil olunduğunu açıqlayıb.

Qurumun məlumatına əsasən, İsmayılov 2004-cü ilin yanvar ayında Russonu aldadaraq Moskvadakı "Praqa” restoranına gətirib. Sonradan onu ikinci mərtəbədə yerləşən öz kabinetinə çağırıb, "digər şəxslərlə birlikdə zor gücünə otaqda saxlayıb, ona fiziki xəsarətlər yetirilib”.

"Daha sonra İsmayılov Avraam Russodan bütün konsertlərini ləğv emtəyi və onun şərtləri əsasında estrada fəaliyyəti aparması üçün müqavilə bağlamasını tələb edib”, - deyə qurumun məlumatında deyilir. 

Ardınca yuxarıda qeyd olunan iki fiqurant "zərərçəkəni zor gücünə avtomobilin arxa oturacağına əyləşdirib” İsmayılovun Moskvanın şəhərkənarındakı evinə aparıblar. Russo tələblərlə razılaşana qədər İsmayılovun evində bir neçə gün saxlanılıb.

Qurumun məlumatına görə, bunu sübut edən kifayət qədər dəlil toplanaraq, Baş Prokurorluğa göndərilib. Digər iştirakçılara qarşı ayrıca təhqiqat aparılır. Təqsirləndirilən şəxslər, o cümlədən T. İsmayılovun beynəlxalq axtarışı davam etdirilir./oxu.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol