Bakıda banka saxta yüzlüklər gətirən şəxs ələ keçdi

Polis əməkdaşları saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalayıb.
Anews.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən
şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhərsakini Sübhan Əhədov olduğu müəyyən edilib.
Araşdırma aparılır
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























