Avtomobillərə qənim kəsilən şəxslər tutuldu

Müxtəlif vaxtlarda, müxtəlif avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.
Anews.az xəbər verir ki, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Elxan İsayev saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə "Land Rover” markalı avtomobildən parfümeriya oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Pərvin Hümbətov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 "Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlaması da müəyyən edilib.
Hər iki şəxs barəsində cinayət məcələsinin müvafiq madələri ilə cinayət işi başlanılıb.Araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























