İcazəsiz ova cəhd edənlər saxlanıldı

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları paytaxtın Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən Anews.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyənləşib. Onlardan 2 ov tüfəngi götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlar ümumilikdə 2000 manat məbləğində cərimələnib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























