Baş nazirdən mühüm qərar

Azərbaycan Nazirlər Kabineti "Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.
Anews.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri dövlət peşə təhsili müəssisələrinin büdcədən maliyyələşdirilməsi xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb.
Peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycanın ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























