Qanunsuz ov edənlər saxlanıldı

Cəlilabad rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
DİN-dən Anews.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də Zopun kəndi ərazisində qanunsuz ov edən şəhər sakinləri Namiq Vəliyev və Səbuhi Cavadov saxlanılıblar.
N.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ilə protokol tərtib edilib. S.Cavadovdan isə müvafiq sənədləri olmayan "İJ-27” markalı ov tüfəngi götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























