• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakcell" bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

"Bakcell" bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir
26.12.2018 17:45
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell xüsusi olaraq ölkənin regionlarında yaşayan abunəçilər üçün nəzərdə tutulan yeni təklif hazırlayıb. 

Abunəçiləri daha rahat, münasib və əlverişli rabitə xidmətləri ilə təmin etmək məqsədilə təqdim olunan eksklüziv paket sayəsində abunəçilər istədikləri qədər danışa biləcəklər. 

Yeni təklifin şərtlərinə əsasən, "Bakcell”in CİN abunəçiləri öz telefonlarında *545#Yes kodunu yığıb paketi aktivləşdirə və günə sadəcə 0.30 AZN ödəyərək regionlardan 24 saat ərzində limitsiz zəng edə bilərlər. 

Qeyd edək ki, bu paket yalnız Azərbaycanın regionlarından olunmuş şəbəkədaxili zənglər üçün keçərlidir. Bölgələr üçün nəzərdə tutulmuş yeni paketi Klass, Business və ElaGÜN tariflərindən istifadə edən abunəçilər istisna olmaqla bütün Bakcell CIN abunəçiləri əldə edə bilər. Abunəçiləri rahat və dayanıqlı mobil rabitə ilə təmin etmək məqsədilə paketin istifadəsinə "ədalətli istifadə siyasəti” (gündəlik 500 dəqiqə) tətbiq olunur. Əlavə məlumat https://www.bakcell.com/az/unlimited_calls_from_regions_2018   internet səhifəsində təqdim edilir.  

Azərbaycanın telekommunikasiya bazarında ən innovativ mobil operator olaraq Bakcell bütün müştəri seqmentlərinin ehtiyac və tələblərini öyrənmək üçün daim bazar araşdırmaları həyata keçirir. Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək. 

***

Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol