“AST Telman” Monteneqro vətəndaşlığı aldı

Azərbaycanlı iş adamı Telman İsmayılov Monteneqro vətəndaşlığı alıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, bu, Rusiyada iki biznesmenin qətlində adı hallanan və beynəlxalq axtarışa verilən iş adamının həbsini çətinləşdirəcək. İsmayılovun vəkili belə bir informasiyaya sahib olmadığını, lakin onun hələ də Rusiya vətəndaşlığında qaldığını bildirib.
Yerli qanunvericiliyə görə, T. İsmayılov Rusiya vətəndaşlığında qalsa belə, digər ölkə vətəndaşlığını ala bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























