"Şərurlu İsfəndiyar" oğlunun şirkətini aldı

Azərbaycanda iki tikinti şirkəti birləşib.
Anews.az xəbər verir ki, bu barədə "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib, Xəbərə görə, "Stil Tikinti” Mənzil-Tikinti Kooperativi "Şərur” Mənzil-Tikinti Kooperativinə qoşularaq ləğv olunduğunu elan edib.
Beləliklə, "Şərur” Mənzil-Tikinti Kooperativi "Stil Tikinti” Mənzil-Tikinti Kooperativinin ona qoşulması nəticəsində yenidən təşkil olunub.
2001-ci ildə yaradılmış "Şərur” MTK-nın qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundov, 2004-cü ildə fəaliyyətə başlayan "Stil Tikinti” MTK-nın isə qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























